“Dəhşətli idi, yuxulu görünürdülər” - “Qarabağ”ın rəqibi haqda dedi

5 Dekabr 2025 12:00 İngiltərə 1 168
“Dəhşətli idi, yuxulu görünürdülər” - “Qarabağ”ın rəqibi haqda dedi

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager keçmiş komandasının Premyer Liqada “Sanderlend”ə qarşı (1:1) oyunundan danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “qırmızılar”ın performansından narazı qaldığını bildirib:

“Performansın keyfiyyəti çox, çox narahatedici idi. Komandanın geri addım atdığı hiss olunurdu.

Onlar qol vura bilmədikləri kimi görünürdülər. Enerji, temp, sürət və güc çatışmırdı.

Bu, həqiqətən də narahatedici idi. “Liverpul” ilk hissədə dəhşətli idi. Yuxulu görünürdülər, hər şey çox yavaş görünürdü”.

”Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü