“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze böyük ehtimalla, qış transfer pəncərəsində “Roma”ya keçməyəcək.
Niderlandlı forvard yanvar üçün “canavarlar”ın əsas transfer hədəfi sayılırdı, ancaq klub rəhbərliyi artıq diqqətini başqa oyunçulara yönəldib.
Sportinfo.az “Il Messaggero”-ya istinadən xəbər verir ki, romalılar 24 yaşlı hücumçunun yetərincə israrcı davranmadığını düşünürlər.
Zirkze İngiltərədə daimi oyun praktikasının olmamasına baxmayaraq, komandanı tərk etmək üçün ciddi səy göstərməyib.
“Roma” indi diqqətini “Tottenhem”in fransalı hücumçusu Matis Telə yönəldib. Tomas Frankın komandasında ehtiyat oyunçu rolunda qalan Telin yeni kluba keçməyə hazır olduğu bildirilir.

