İngiltərə Premyer Liqasında 14-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, "Liverpul" doğma meydanda "Sanderlend"i qəbul edib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Xallarını 23-ə yüksəldən "Sanderlend" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 22 xalı olan "Liverpul" isə 8-ci yerdədir.
"Liverpul" - "Sanderlend" 1:1
Qollar: Nordi Mukiele, 81 (avtoqol) - Şemsdin Talibi, 67

