“Xoşagəlməz situasiyalardan qaçmalıyıq, çünki bu, kifayət deyil”

10:00 İngiltərə 47
“Xoşagəlməz situasiyalardan qaçmalıyıq, çünki bu, kifayət deyil”

“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasında çempionluq yarışında “Arsenal”la mübarizə barədə danışıb.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, norveçli forvard “Arsenal” barədə çox düşünməməli olduqlarını bildirib:

“Arsenal” barədə çox düşünməməliyik. Özümüzə fokuslanmalı, daha yaxşı olmağa çalışmalıyıq.

Xoşagəlməz situasiyalardan qaçmalıyıq, çünki bu, kifayət deyil və biz bunu hamımız bilirik. Komanda olaraq inkişaf etməyə diqqət yetirməliyik”.

“Mançester Siti” Premyer Liqanın 14-cü turunda “Fulhem” üzərində 5:4 hesablı qələbə qazanıb. Komanda matçda 5:1 üstün olsa da, 20 dəqiqə ərzində üç qol buraxıb.

Haland bu oyunda Premyer Liqadakı 100-cü qolunu vurub.

“Şəhərlilər” 14 turdan sonra 28 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb, “Arsenal” isə 13 oyundan sonra 30 xalla liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
3 Dekabr 18:10 Çək və bizə göndər!