114 milyon avrodan artıq xərcləməyə hazırdır - Fransız üçün

4 Dekabr 2025 00:10 İngiltərə 825
114 milyon avrodan artıq xərcləməyə hazırdır - Fransız üçün

PSJ-nin vingeri Desir Due 2026-cı il üçün “Mançester Siti”nin əsas transfer hədəflərindən biridir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

“Şəhərlilər” 20 yaşlı futbolçu üçün 114 milyon avrodan artıq xərcləməyə hazırdır.

Həm mənbələr, həm də futbolçunun özü hazırda Parisdə məmnun olduğunu bildirsə də, Premyer Liqada da özünü sınamaq istəyir.

Fransalı futbolçu cari mövsümdə bütün turnirlərdə 8 oyunda iştirak edərək, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Onun PSJ ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!