"O, həmişə məsuliyyəti üzərinə götürür və inanılmaz cazibə sahibidir"

3 Dekabr 2025 18:40 İngiltərə 737
"O, həmişə məsuliyyəti üzərinə götürür və inanılmaz cazibə sahibidir"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın yarımmüdafiəçisi Fil Fodenin gələcəyi barədə danışıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, gənc oyunçunun həm meydanda, həm də komanda ruhunda lider olduğunu vurğulayıb:

“Bu, xüsusi futbolçudur. Ümid edirəm ki, Foden bütün karyerasını “Mançester Siti”də keçirəcək.

Gələcəkdə o, komandanın kapitanı ola bilər. Meydanda liderlərdən biridir. O, həmişə məsuliyyəti üzərinə götürür və inanılmaz cazibə sahibidir”.

Foden cari mövsümdə “Mançester Siti”nin heyətində 17 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü