“Hazırda bataqlıqdayıq” - “Qarabağ”ın rəqibinin yarımmüdafiəçisi

10:00 İngiltərə 69
“Hazırda bataqlıqdayıq” - “Qarabağ”ın rəqibinin yarımmüdafiəçisi

“Liverpul” Çempionlar Liqasının 5-ci turunda öz meydanında PSV-yə 1:4 hesabı ilə məğlub olub. Ağır nəticə komandanın yarımmüdafiəçisi Kor­tis Consu da ciddi şəkildə məyus edib.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu bunun faciəli nəticə olduğunu bildirib:

“Sadəcə söz tapa bilmirəm. Bu, faciəli nəticədir. Komanda uzun müddətdir belə vəziyyət yaşamayıb.

Biz toparlanmalı və klubun loqosu uğrunda mübarizə aparmalıyıq. “Liverpul” hazırda bataqlıqdadır. Komandanı yenidən layiq olduğu yerə qaytarmalıyıq”.

“Liverpul” İngiltərə Premyer Liqasında 12 turdan sonra 18 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Komanda “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!