“Liverpul”un sabiq yarımmüdafiəçisi Stiven Cerrard niderlandlı baş məşqçi Arne Slotun mümkün istefası barədə yayılan söz-söhbətlərə münasibət bildirib.
Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu özünün də belə vəziyyətlərlə qarşılaşdığını deyib:
“Bizim yaşadığımız dünya belədir. Mən də belə vəziyyətlərlə qarşılaşmışam.
Bu mövzunun mətbuatda çıxacağını qəbul etməyə hazır olmalısan, xüsusilə də, top-klubda işləyirsənsə. Bundan qaçmaq mümkün deyil”.
Arne Slot ötən ilin yayında “Liverpul”un “sükanı arxasına” keçərək, almaniyalı mütəxəssis Yurgen Kloppun yerini tutub.
Slot komandaya 2024/25 mövsümündə Premyer Liqa çempionluğunu qazandırıb. Hazırda isə klub rəhbərliyi onun gələcəyini və mümkün əvəzedicini nəzərdən keçirir.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

