“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill “qırmızı şeytanlar”ın müdafiəçisi Luk Şounun ünvanına tənqidi fikirlər səsləndirib.
Bu, Premyer Liqanın 12-ci turunda “Everton”a 0:1 hesablı məğlubiyyətdən sonra baş verib.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, Şounun çox ləng hərəkət etdiyini bildirib:
“Mən demirəm ki, 10 nəfərlə oynamaq asandır. Sürətli olmalı, mümkün qədər çox oyunçunu hücum zonalarına çıxarmalısan.
Şou irəliləməyə çalışır, amma çox ləng hərəkət edir. Belə etmək olmaz.
Hər dəfə irəli qaçmalısan, yoxsa “mənim üçün fərqi yoxdur” kimi görünürsən. Bu, vaxt itkisi deməkdir”.
İngiltərəli futbolçu cari mövsümdə Premyer Liqada 12 oyunda iştirak edib, 1 məhsuldar ötürmə verib.

