"Üzr istəyirəm, etiraf etməliyəm ki, bu transferin əhəmiyyətini az qiymətləndirmişdim"

26 Noyabr 2025 00:10 İngiltərə 718
"Üzr istəyirəm, etiraf etməliyəm ki, bu transferin əhəmiyyətini az qiymətləndirmişdim"

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager Premyer Liqa matçında “Arsenal”ın “Tottenhem”i 4:1 hesabı ilə məğlub etməsinə het-triki ilə kömək edən futbolçu Ebereçi Ezeni tərifləyib.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Eze “Arsenal”a keçəndə düşündüm ki, o, təkbaşına oyunları dəyişə bilməyəcək. Üzr istəyirəm, etiraf etməliyəm ki, bu transferin əhəmiyyətini az qiymətləndirmişdim.

Görünür, Eze həqiqətən də əsas təsir göstərməyə qadirdir, o, komandaya titul qazandıra bilər”.

27 yaşlı futbolçu bu ilin avqust ayında 70 milyon avroya “Kristal Pelas”dan “Arsenal”a keçib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!