“Mançester Yunayted” rəhbərliyi braziliyalı yarımmüdafiəçi Kazemironun komandada qalması üçün cəhdlərini davam etdirir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 33 yaşlı futbolçuya yeni, ancaq daha aşağı maaşlı müqavilə təklif etməyə hazırlaşır.
“Mançester Yunayted” Kazemironun illik maaşını 22 milyon avrodan 7–9 milyon avroya endirməsini istəyir. O, bu şərtlərlə razılaşsa, müqavilənin müddəti 2027-ci ilə qədər uzadılacaq.
Razılaşma baş tutmasa, braziliyalı futbolçu qış transfer pəncərəsində klubdan ayrılmağa məcbur ola bilər.
Kazemiro bu mövsüm Premyer Liqada 11 matça çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

