"Baş məşqçi ya oyun üslubunu, ya da sistemini dəyişməlidir" - “Qarabağ”ın rəqibinə bu məsləhəti verdi

10:20 İngiltərə 115
"Baş məşqçi ya oyun üslubunu, ya da sistemini dəyişməlidir" - “Qarabağ”ın rəqibinə bu məsləhəti verdi

“Mançester Yunated”in sabiq müdafiəçisi Qari Nevill “Liverpul”un cari mövsümdəki oyun sistemi barədə sərt fikirlər səsləndirib və baş məşqçi Arne Slotu sistemi dəyişdirməyə çağırıb.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, baş məşqçinin ya oyun üslubunu, ya da sistemi dəyişməli olduğunu bildirib:

“Baş məşqçi ya oyun üslubunu, ya da sistemini dəyişməlidir. Mən kadr dəyişikliklərindən danışıram.

“Arsenal” və “Mançester Siti”nin etdiyi kimi, müdafiədə dörd oyunçu ilə xətt qurun. Sıx və dar xətti saxlayın və hər kəsə deyin ki, uyğunlaşırsız, dəyişirsiz, qol buraxmamaq və rəqibə vəziyyət yaratmağa imkan verməmək üçün.

Yarımmüdafiədə dörd oyunçu olmalıdır. Məsələn, Dominik Soboslayi, Aleksis Makallister, Rayan Qravenberx və Florian Virts, ya da Kodi Qakpo.

Hücumda isə Məhəmməd Salahı Uqo Ekitike və ya Aleksander İsakla buraxmaq olar. Sadə görünsə də, bu dəyişiklik lazımdır”.

Nevill əlavə edib ki, Arne Slot dünya səviyyəli məşqçidir, ancaq “Liverpul” hazırda ən güclü komanda deyil və rəqiblər onları asanlıqla məğlub edə bilir.

“Liverpul” İngiltərə Premyer Liqasının 12 turundan sonra 18 xal toplayaraq, turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

Komanda “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 08:50 Bu liqada TƏYİNATLAR