“Opta” analitiklərinin superkompüteri 2025/26 mövsümündə İngiltərə Premyer Liqası üzrə çempion kimi “Arsenal”ı göstərir.
Mikel Artetanın komandası 12 turdan sonra 29 xal toplayaraq, turnir cədvəlinin zirvəsində qərarlaşıb. İkinci pillədə 23 xalla “Çelsi”, üçüncü yerdə isə 22 xalla “Mançester Siti” gəlir.
Sportinfo.az xəbər verir ki, “Opta”nın hesablamalarına görə, “Arsenal”ın Premyer Liqanı qazanma ehtimalı 76,1 faiz təşkil edir. “Mançester Siti”nin şansı isə beş dəfə azdır – cəmi 14,1 faiz.
Digər rəqiblərin çempionluq ehtimalları çox aşağıdır:
“Çelsi” – 3,46 faiz
“Liverpul” – 2,42 faiz
“Aston Villa” – 1,57 faiz
“Kristal Pelas” – 1,17 faiz
Qalan bütün komandaların titul şansı 1 faizdən də aşağı qiymətləndirilir.
Superkompüter həmçinin, mövsümün ən real autsayderlərini də müəyyən edib. Premyer Liqanı tərk etməyə ən yaxın komanda 94,9 faiz ehtimalla “Vulverhempton” hesab olunur. Onu “Bernli” (61,2 faiz) və “Lids” (61,1 faiz) izləyir.

