“Mançester Yunated”in və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi “Liverpul”un forvardı Məhəmməd Salah haqqında sərt açıqlama verib.
Sportinfo.az “The Wayne Rooney Show” kanalına istinadən xəbər verir ki, o, baş məşqçi Arne Slotu Salahı start heyətindən çıxarmağa çağırıb:
“Salah müdafiədə komandaya kömək etmir. Onun klub üçün nə etdiyini bilirəm, amma digər oyunçular görür ki, start heyətində oynayan komanda yoldaşı qaçmırsa, niyə özlərini tam versinlər?
Mən Arne Slot olsaydım, komandanın ümumi uğuruna təsir edəcək vacib qərar qəbul edərdim. Matçları qazana bilmirsizsə, komanda sıx və məğlubedilməz olmalıdır”.
Salah cari mövsümdə bütün turnirlərdə 16 oyuna çıxaraq, 5 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

