18 yaşlı müdafiəçini qışda icarəyə vermək istəyir - Premyer Liqa nəhəngi

24 Noyabr 2025 18:20 İngiltərə 586
18 yaşlı müdafiəçini qışda icarəyə vermək istəyir - Premyer Liqa nəhəngi

“Mançester Yunayted”in müdafiəçisi Dieqo Leon qış transfer pəncərəsində icarəyə göndərilə bilər.

18 yaşlı futbolçu əsas komandada davamlı oyun praktikasına sahib olmadığından, klub rəhbərliyi onun daha çox təcrübə qazanması üçün icarə variantlarını dəyərləndirməyə hazırdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” yanvarda Leon üçün uyğun təklif daxil olacağı təqdirdə icarəyə razılıq verə bilər.

Paraqvaylı müdafiəçi bu ilin yayında Paraqvayın “Serro Porteno” klubundan 4 milyon avroya “Mançester Yunayted”ə transfer olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti