“Mançester Yunayted”i 35 milyon avro qabağa salacaq - Onların gedişi

22:00 İngiltərə 77
“Mançester Yunayted”i 35 milyon avro qabağa salacaq - Onların gedişi

“Mançester Yunayted” gələn yay iki futbolçusu – yarımmüdafiəçi Kazemiro və vingeri Ceydon Sanço ilə vidalaşmağa hazırlaşır.

Sportinfo.az “Sun Sport”-a istinadən xəbər verir ki, hər iki oyunçunun klubdan ayrılması azad agent kimi baş tutacaq.

Braziliyalı və ingilis futbolçuların gedişi “qırmızı şeytanlar”a 35 milyon avrodan çox maaş qənaəti qazandıracaq.

33 yaşlı Kazemiroya əsasən Səudiyyə Ərəbistanı klubları maraq göstərir. 25 yaşlı Sanço isə mövsümü icarə əsasında “Aston Villa”da keçirir və onun adı tez-tez A Seriyası klubları ilə yanaşı çəkilir.

“Mançester Yunayted” hazırda Premyer Liqada 11 turdan sonra turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti