Rafinya üçün 100 milyon avro təklif etməyi planlaşdırır - “Qarabağ”ın rəqibi

22 Noyabr 2025 18:40 İngiltərə 631
Rafinya üçün 100 milyon avro təklif etməyi planlaşdırır - “Qarabağ”ın rəqibi

“Barselona”nın hücumçusu Rafinya Dias karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə çempionu “Liverpul” yayda braziliyalı futbolçu üçün 100 milyon avro təklif etməyi planlaşdırır.

28 yaşlı oyunçu Məhəmməd Salahın yerinə əla əvəzedici kimi qiymətləndirilir.

O, bu mövsüm bütün turnirlərdə 7 matça çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 07:40 Ömrü uzadan 10 qida