“Qarabağ”ın rəqibinin futbolçusu ilə maraqlanır - “Arsenal”

18:20 İngiltərə 72
“Qarabağ”ın rəqibinin futbolçusu ilə maraqlanır - “Arsenal”

“Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportinfo.az “TeamTalk”-a istinadən xəbər verir ki, “Arsenal” 28 yaşlı futbolçunun transferində maraqlıdır.

Neapol təmsilçisi Maktomineyi komandanın ən vacib fiqurlarından biri hesab etdiyi üçün onu 80 milyon avrodan ucuz satmaq fikrində deyil.

Şotlandiyalı futbolçu 2025/26 mövsümündə “Napoli”nin heyətində 14 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

“Napoli” noyabrın 26-da, UEFA Çempionlar Liqasının 5-ci turunda “Qarabağ”ı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 23:40 “And-aman edirdi ki...”