“Mənim qəribə bir hissim var ki, onlar hansısa şəkildə çempion ola bilməyəcəklər”

21 Noyabr 2025 00:20 İngiltərə 760
“Mənim qəribə bir hissim var ki, onlar hansısa şəkildə çempion ola bilməyəcəklər”

Sabiq futbolçu Duayt York İngiltərə Premyer Liqasının cari mövsümündə “Arsenal”ın perspektivlərini dəyərləndirib.

Sportinfo.az “Metro”-ya istinadən xəbər verir ki, o, Mikel Artetanın komandasının bu il də çempion ola bilməyəcəyini düşünür:

“Sadəcə, elə düşünürəm ki, “Arsenal” yenə “Arsenal” olacaq. Mənim qəribə bir hissim var ki, onlar hansısa şəkildə öhdəsindən gələ bilməyəcəklər. Hər şey bir anda tərsinə gedə bilər”.

“Arsenal” hazırda 11 turdan sonra 26 xalla Premyer Liqanın lideridir. “Topçular” bazar günü “Tottenhem”i öz meydanında qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!