Almaniyalı yarımmüdafiəçi ilə maraqlanır - “Qarabağ”ın rəqibi

21 Noyabr 2025 00:10 İngiltərə 598
Almaniyalı yarımmüdafiəçi ilə maraqlanır - “Qarabağ”ın rəqibi

“Bayern”in yarımmüdafiəçisi Leon Qoretskanın 2026-cı ildə İtaliya klubuna keçidi real görünür.

30 yaşlı futbolçunun müqaviləsinin müddəti gələn yay başa çatacaq və o, azad agent kimi istənilən klubla razılıq əldə edə biləcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu ilə maraqlanan klubların siyahısına daha biri – “Napoli” də əlavə olunub.

Bundan əvvəl onunla “Yuventus”un da yaxından maraqlandığı bildirilirdi.

“Bayern” Qoretska ilə müqaviləni yeniləməyi planlaşdırmır, ancaq onu qış transfer pəncərəsində buraxmaq niyyətində deyil. O da mövsümün sonuna qədər Münhen klubunda qalmağa üstünlük verir.

“Napoli” hazırda A Seriyasında turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və lider “İnter”dən cəmi 2 xal geri qalır. Komanda “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti