Premyer Liqaya dönmək üçün maaşının azalmasına razıdır - Bu hücumçu

20 Noyabr 2025 22:00 İngiltərə 839
Premyer Liqaya dönmək üçün maaşının azalmasına razıdır - Bu hücumçu

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edən hücumçu İvan Toni yanvarda İngiltərə Premyer Liqasına qayıtmaq üçün maaşının azalmasına razılaşmağa hazırdır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

29 yaşlı forvarda xüsusilə, “Tottenhem” və “Everton” ciddi şəkildə maraq göstərir. Onun əsas arzularından biri yaxınlaşan dünya çempionatında İngiltərə millisinin heyətinə düşməkdir.

İddialara görə, Toninin hazırda “Əl-Əhli”də illik qazancı təxminən 23,5 milyon avrodur. O, bu mövsüm bütün turnirlər daxil olmaqla 15 oyunda meydana çıxıb, 11 qol vurub və 2 məhsuldar ötürmə verib.

Toni 2020-2024-cü illərdə Premyer Liqada “Brentford”un heyətində çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!