“Qarabağ”ın rəqibinə keçmək istəyir - “Mançester Yunayted”in yarımmüdafiəçisi

01:30 İngiltərə 56
“Qarabağ”ın rəqibinə keçmək istəyir - “Mançester Yunayted”in yarımmüdafiəçisi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu yanvarda klubdan ayrılmaq niyyətindədir.

Sportinfo.az “Calciomercato”-ya istinadən xəbər verir ki, ingiltərəli futbolçu daha çox oynamaq imkanı əldə etmək üçün qış transfer pəncərəsində “Napoli”yə icarə keçidini ciddi şəkildə qiymətləndirir.

Mümkün ayrılıq fonunda tərəflər arasında yeni müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar dayandırılıb. Onun hazırkı sözləşməsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq.

20 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 8 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib. O, “Mançester Yunayted” akademiyasının yetirməsidir.

Mainunun keçmək istədiyi “Napoli” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!