“Nyukasl”ın sabiq hücumçusu Alan Şirer Sloveniya millisinin forvardı Benjamin Şeşkonun “Mançester Yunayted”ə transferini dəyərləndirib.
Sportinfo.az “Betfair”-ə istinadən xəbər verir ki, o, yüksək transfer məbləğinin sloveniyalı futbolçuya əlavə təzyiq yaratdığını bildirib:
“Şeşko daha yaxşı oynamalıdır. “Mançester Yunayted” onun üçün təxminən 70 milyon avro ödəyib. Bu, indiki transfer bazarı üçün ciddi rəqəmdir.
O, yaxşı futbolçudur, amma məncə, qeyri-adi bir şey göstərəcək səviyyədə deyil. Bu məbləği nəzərə alanda daha çox qol vurmalıdır”.
22 yaşlı hücumçu cari mövsümdə İngiltərə Premyer Liqasında 11 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

