“Qarabağ”ın rəqibinin transfer hədəfidir - “Bayern”in cinah oyunçusu

16 Noyabr 20:50 İngiltərə 451
“Qarabağ”ın rəqibinin transfer hədəfidir - “Bayern”in cinah oyunçusu

“Bayern”in cinah oyunçusu Serj Qnabri “Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un potensial transfer hədəfidir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” almaniyalı futbolçunu pulsuz transfer etmək istəyir, lakin bu, asan olmayacaq.

Bu, oyunçunun böyük maliyyə tələbləri ilə bağlıdır. Qnabri “Bayern”də ən yüksək maaş alan futbolçulardan biridir.

30 yaşlı futbolçu bu mövsüm 15 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Münhen klubu ilə hazırkı müqaviləsi cari mövsümün sonunda bitəcək.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!