Yeni mövsüm üçün baş məşqçisini seçdi - Premyer Liqa təmsilçisi

16 Noyabr 2025 01:30 İngiltərə 845
Yeni mövsüm üçün baş məşqçisini seçdi - Premyer Liqa təmsilçisi

“Nyukasl”ın baş məşqçisi Eddi Hou mövsümün sonuna qədər vəzifəsini qoruyacaq.

Sportinfo.az “Indykaila News”-ya istinadən xəbər verir ki, klub rəhbərliyi Hou ilə mövsümü tamamlayacaq, ancaq gələcəkdə onun yerinə “Bornmut”un çalışdırıcısı Andoni İraolanı gətirməyi düşünür.

43 yaşlı ispan məşqçi Premyer Liqada ən yüksək maaş alan mütəxəssislərdən biri ola bilər.

Hou “Nyukasl”ı 2021-ci ildən çalışdırır. Onun komandası 11 turdan sonra Premyer Liqada turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb və 12 xal toplayıb.

“Nyukasl” noyabrın 22-də, evdə “Mançester Siti” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!