Oynamaq istəyir, ancaq baş məşqçi ona güvənmir - NARAZIDIR

15 Noyabr 2025 15:20 İngiltərə 805
Oynamaq istəyir, ancaq baş məşqçi ona güvənmir - NARAZIDIR

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze komandadakı vəziyyətindən narazıdır.

Niderlandlı dünya çempionatı ərəfəsində mütəmadi oynamaq istəyir, ancaq baş məşqçi Ruben Amorim ona güvənmir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı forvard yanvarda icarəyə buraxıla bilər.

Ancaq əsas namizəd olan “Roma”nın onun maaşını ödəmək imkanları məhduddur. Müqavilənin baş tutması üçün tərəflərdən biri güzəştə getməlidir.

Zirkze cari mövsümdə cəmi 5 dəfə meydana çıxıb və hələ start heyətində oynamayıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!