Tarixinin ən bahalı transferinə hazırlaşır - Paytaxt təmsilçisi

12:00 İngiltərə 121
Tarixinin ən bahalı transferinə hazırlaşır - Paytaxt təmsilçisi

“Çelsi” son illərdə transferlərə çox pul xərcləyib. Amma görünür, londonlular dayanmaq fikrində deyillər.

Sportinfo.az “Fchajes”-ə istinadən xəbər verir ki, “zadəganlar” “Atletiko”nun hücumçusu Xulian Alvares üçün 150 milyon avroluq müqavilə hazırlayır.

Qeyd olunur ki, onun Argentina millisindən komanda yoldaşı Enzo Fernandes Alvaresin “Çelsi”yə keçidini asanlaşdıra bilər.

“Çelsi” Alvaresi 150 milyon avroya alarsa, bu, klub tarixinin ən bahalı transferi olacaq. Enzo Fernandesin “Çelsi”yə keçid rekordu 121 milyon avrodur.

25 yaşlı Alvares bu mövsüm 15 matçda 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 19:00 "Qarabağ" bizi aldadır!