“Onlara qoşulmağım çox böyük səhv idi, buna görə də peşmanam"

00:20 İngiltərə 60
“Onlara qoşulmağım çox böyük səhv idi, buna görə də peşmanam"

“Çelsi”nin sabiq hücumçusu, hazırda “Olimpik Marsel”də çıxış edən Pyerr-Emerik Obameyanq 2022-ci ildə London klubuna transferinin onun karyerasında ən böyük səhvlərdən biri olduğunu deyib.

Sportinfo.az xəbər verir ki, qabonlu forvard "Canal+” kanalına açıqlamasında həmin qərarın həyatında ağır dönəmə təsadüf etdiyini bildirib.

“Onlara qoşulmağım çox böyük səhv idi, buna görə də peşmanam. O vaxt “Barselona”da çətin mərhələ yaşayırdım.

Evimə quldurlar girmişdi və klub ya məni, ya da Memfis Depayı satmalı idi. Yeganə variant “Çelsi” idi.

Ona görə düşündüm ki, yaxşı, ailəm üçün gedim, qoy bu, hətta “Çelsi” olsun”, – o deyib.

Obameyanq bildirib ki, keçidin uğurlu olacağına ümid edirmiş:

“Düşünürdüm ki, hər şey yolunda gedəcək. Çünki Olivye Jiru da “Arsenal”dan “Çelsi”yə keçmişdi və heç bir problem yaşamamışdı. Amma məndə hər şey tam fərqli oldu”.

Obameyanq “Çelsi”də 2022-ci ilin payızından 2023-cü ilin yayına qədər çıxış edib. Bu müddətdə o, bütün turnirlərdə 21 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 19:00 "Qarabağ" bizi aldadır!
14 Noyabr 18:10 Çək və bizə göndər!
14 Noyabr 03:20 "Lənkəran" da qazandı