Keçmiş klubunun transfer siyasətini tənqid etdi: "Onlara böyük pullar xərcləndi"

01:40 İngiltərə 62
Keçmiş klubunun transfer siyasətini tənqid etdi:

“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi keçmiş klubunun transfer siyasətini sərt tənqid edib.

Sportinfo.az “goal.com”-a istinadən xəbər verir ki, o, klubun uzun illər uğursuz transferlər həyata keçirdiyini və ulduz futbolçulara həddən artıq vəsait xərclədiyini bildirib:

“Mançester Yunayted”in ötən yayadək çox pis transferləri oldu. Klub sadəcə tanınmış adlara yönəlirdi.

Romelu Lukaku, Zlatan İbrahimoviç, Pol Poqba kimi güclü oyunçular alındı, amma bu, sadəcə ulduz toplamaq idi.

Onlara böyük pullar xərclənirdi. Bu səhvləri düzəltmək üçün vaxt lazım gəldi”.

“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının 11 turundan sonra 18 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Noyabr 18:10 Çək və bizə göndər!
12 Noyabr 02:00 O da sabah danışacaq
12 Noyabr 01:20 "Kəpəz"də əməliyyat