“Mançester Yunayted” və “Everton”un sabiq hücumçusu Ueyn Runi İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı transferini açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, isveçrəli yarımmüdafiəçi Qranit Cakanın “Sanderlend”ə transferini xüsusi qeyd edib:
“Cakanın Premyer Liqaya qayıtdıqdan sonra yüksək səviyyədə çıxış edə biləcəyinə şübhə var idi. Xüsusən də, o, yenicə yüksək liqaya qayıdan komandaya qoşulduğu üçün.
Amma indi deyə bilərəm ki, o, Premyer Liqada mövsümün ən yaxşı transferidir. O, çox yaxşı oynayır”.
33 yaşlı futbolçu 15 milyon avroya “Bayer”dən “Sanderlend”ə keçib. O, İngiltərə klubu ilə 3 illik müqavilə imzalayıb.

