114-137 milyon avro aralığında məbləğ tələb edir - “Mançester Yunayted” ondan əl çəkmir

12 Noyabr 2025 10:00 İngiltərə 777
114-137 milyon avro aralığında məbləğ tələb edir - “Mançester Yunayted” ondan əl çəkmir

“Mançester Yunayted” hələ də “Nottingem Forest”in 23 yaşlı yarımmüdafiəçisi Elliot Andersonun transferində maraqlıdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “meşəçilər” artıq “qırmızı şeytanlar”ın oyunçuya marağı barədə xəbərdardır.

Ancaq klub hələlik futbolçusunun qiymətini aşağı salmağı düşünmür və Anderson üçün 114–137 milyon avro aralığında məbləğ tələb edir.

Anderson cari Premyer Liqa mövsümündə 11 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!