“Mən məğlubiyyətə nifrət edirəm. amma indi qələbə daha şirin olacaq”

14 Avqust 2025 12:20 İngiltərə 650
“Mən məğlubiyyətə nifrət edirəm. amma indi qələbə daha şirin olacaq”

“Mançester Siti”nin futbolçusu Bernardo Silva yeni mövsümün startı öncəsi komandasının əhval-ruhiyyəsindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yeni kuboklara can atdıqlarını söyləyib:

“Mən məğlub olmaqdan nifrət edirəm. Amma indi məğlubiyyətin dadını gördüyümüz üçün qələbə daha da şirin olacaq.

Son mövsüm çox ağrılı keçdi, amma biz yenə kuboklara can atırıq. Düşünürəm ki, biz mütləq əvvəlki emosional vəziyyətimizə qayıtmışıq və yenidən qalib gəlmək arzusu ilə yanırıq”.

“Şəhərlilər” 2024/25 mövsümündə Premyer Liqanı 3-cü pillədə başa vurub. Komanda yeni çempionata avqustun 16-da, “Vulverhempton”la səfər matçı ilə başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"