Premyer Liqada qalacaq - Millinin hücumçusu

13 Avqust 2025 22:00 İngiltərə 686
Premyer Liqada qalacaq - Millinin hücumçusu

"Everton"dan ayrılan Dominik Kalvert-Lyuin Premyer Liqada qalacaq.

Sportinfo.az xəbər verir ki, ingiltərəli hücumçu "Lids Yunayted"lə anlaşıb.

Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

İngiltərə millisinin üzvü yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.

Dominik Lakvert-Lyuin 2016-cı ildən "Everton"da çıxış edirdi. 28 yaşlı forvard ötən mövsüm komandanın heyətində meydana çıxdığı 29 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"