Kapitana göz dikiblər - Ortada pul söhbəti var

13 Avqust 18:20 İngiltərə 148
Kapitana göz dikiblər - Ortada pul söhbəti var

“Vest Hem” “Roma”nın kapitanı Lorenzo Pelleqrininin transferində maraqlıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə “GiveMeSport” məlumat yayıb.

İngiltərə təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə bağlı artıq ilkin məlumatlar toplayıb.

İddialara görə, “Roma” maliyyə yükünü azaltmaq məqsədilə Pelleqrininin komandadan azad agent kimi ayrılmasına razılıq verə bilər.

İtaliyalı futbolçu 2017-ci ildən “Roma”nın şərəfini qoruyur. O, son mövsümdə 34 oyunda meydana çıxaraq, 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Onun klubu ilə müqaviləsinin müddəti gələn il başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 18:10 Çək və bizə göndər!
13 Avqust 09:00 "Sumqayıt"dan ilk satış
13 Avqust 08:00 Xəzərdə zəlzələ oldu
13 Avqust 05:00 Yeni müqavilə - 3 İLLİK