“İlk dəfə səni izləyəndə, dərhal anladım ki...” - Yeni transferi təriflədi

12 Avqust 18:20 İngiltərə 370
“İlk dəfə səni izləyəndə, dərhal anladım ki...” - Yeni transferi təriflədi

“Real”ın almaniyalı sabiq yarımmüdafiəçisi Toni Kroos “Liverpul”un yeni transferi Florian Virtsi tərifləyib.

Sportinfo.az “Get German Football News”-a istinadən xəbər verir ki, Kroos, Virtsin hər mənada tamamilə xüsusi futbolçu olduğunu deyib:

“​Sən hər mənada tamamilə xüsusi futbolçusan. İlk dəfə səni izləyəndə dərhal anladım ki, səndə sadəcə qeyri-adi yox, ondan da artıq bir şey var.

Meydanda düzgün mövqe seçimin, ilk toxunuşun, son ötürmən və hətta zərbələrin – hamısı unikaldır.

Üstəlik, sənin mentalitetin! Özünə inanırsan və bunu ətrafına da ötürürsən. Səndə kiçik, amma inanılmaz dərəcədə vacib bir özgüvən var ki, ümid edirəm, heç vaxt itirməzsən”.

O, həmçinin, Virtsin bu yay “Liverpul”a keçərək düzgün qərar verdiyini bildirib.

Almaniyalı yarımmüdafiəçi Virts bu yay “Kicker”in versiyasına görə ölkəsində ilin oyunçusu seçilib.

Kroos və Virts daha əvvəl Almaniya millisində birlikdə çıxış ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 21:30 Çək və bizə göndər!
12 Avqust 18:00 Çapan Qarabağ atları
12 Avqust 08:30 Gedənlərin sayı 13 oldu
12 Avqust 04:50 Yeni baş katib təyinatı