
“Mançester Siti”nin vingeri Savionun karyerasını Premyer Liqanın başqa klubunda davam etdirməsi mümkündür.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə “Tottenhem” maraqlanır.
Paytaxt klubunun yeni baş məşqçisi Tomas Frank braziliyalı oyunçunun transferində şəxsən israr edir. Hazırda tərəflər potensial keçidlə bağlı danışıqlar aparır.
Savio ötən ilin iyulundan “Mançester Siti”də çıxış edir və müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir.