Donnarumma üçün hərəkətə keçdi - "Çelsi” və “Mançester Yunayted”

00:10 İngiltərə 80
Donnarumma üçün hərəkətə keçdi - "Çelsi” və “Mançester Yunayted”

PSJ-nin qapıçısı Canluici Donnarumma yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Daha əvvəl UEFA Çempionlar Liqasının son qalibinin italiyalı qolkiperi satmaq niyyətində olduğu barədə məlumat yayılmışdı.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” və “Mançester Yunayted” PSJ-yə Donnarummanın mümkün transferi ilə bağlı sorğu göndərib.

Hər iki Premyer Liqa klubu 26 yaşlı futbolçunun mövcud müqavilə vəziyyətindən istifadə edərək sərfəli transfer həyata keçirmək istəyir.

Donnarumma 2024/25 mövsümündə bütün turnirlərdə 47 oyuna çıxıb, 43 top buraxıb və 17 dəfə qapısını toxunulmaz saxlaya bilib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 18:10 Çək və bizə göndər!
11 Avqust 09:00 Qurban Qurbanovun vaxtı