37 milyon avroluq təklif - Premyer Liqanın iştirakçısından

11 Avqust 22:00 İngiltərə 166
37 milyon avroluq təklif - Premyer Liqanın iştirakçısından

“Şaxtyor” klubu braziliyalı vingeri Kevin üçün “Fulhem”dən yeni transfer təklifi alıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu əvvəlcə 22 yaşlı futbolçu üçün 30 milyon avro və əlavə bonuslar təklif etmişdi.

Bu təklifin ümumi dəyəri 40 milyon avroya çata bilərdi. Ancaq Ukrayna klubu bu təklifi rədd etmişdi.

Son məlumata görə, London təmsilçisi yeni rəsmi təkliflə çıxış edib. Bu dəfə təklifin əsas məbləği 37 milyon avro təşkil edir, əlavə bonuslarla birlikdə məbləğ daha da arta bilər.

Buna baxmayaraq, “Şaxtyor” oyunçusunun transferi üçün 50 milyon avro tələb etməkdə israrlıdır.

Kevin cari mövsümdə Avropa Liqasının təsnifat mərhələsində 3 oyunda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 18:10 Çək və bizə göndər!
11 Avqust 09:00 Qurban Qurbanovun vaxtı