Köhnə bazanı dovşan yuvasına bənzətdi - Məşhur klubun sahibi

01:40 İngiltərə 157
Köhnə bazanı dovşan yuvasına bənzətdi - Məşhur klubun sahibi

“Mançester Yunayted”in sahibi Cim Ratkliff klubun məşq bazasının modernləşdirilməsi ilə bağlı açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Ratkliff əvvəlki bazanın 2000-ci ildə inşa olunarkən qabaqcıl sayıldığını, ancaq 25 ildən sonra artıq klubun statusuna cavab vermədiyini bildirib:

“Birinci mərtəbədə az pəncərə var idi. Elə bilirdin, xəstəxana zirzəmisindəsən. Mühit boz və darıxdırıcı idi, sanki dovşan yuvası”.

O qeyd edib ki, klubun sahibi olduqları ilk vaxtlardan (2024-cü ilin birinci rübü) bu baza üçün yatırım etməyi qərara alıblar:

“İndi bu, açıq, işıqlı və müasir bir məkandır. Komanda üzvləri arasında qarşılıqlı əlaqəni təşviq edən şərait yaradılıb ki, bu da bizim istədiyimiz idi”.

Ratkliff həmçinin, “Mançester Yunayted”in brend gücünü vurğulayıb:

“Bu klub “Coca-Cola” və “Apple” kimi dünyaca tanınan adlardandır. Belə bir marka ən yüksək səviyyədə rəqabət aparmalıdır və məşq bazası da bu yolda əsas amillərdən biridir. İndi artıq dünya səviyyəli bazamız var”.

“Mançester Yunayted” Karrinqtondakı təlim-məşq kompleksinin yenidən qurulmasını tamamlayıb. Layihənin ümumi dəyəri 50 milyon funt sterlinq təşkil edib.

Digər Xəbərlər
Xəbər Lenti