Öz hücumçusunu onlara təklif etdi, amma... İSTƏMƏDİLƏR

10 Avqust 2025 01:30 İngiltərə 404
Öz hücumçusunu onlara təklif etdi, amma... İSTƏMƏDİLƏR

“Çelsi”nin hücumçusu Nikolas Cekson “Arsenal”a keçən növbəti futbolçu ola bilərdi. Ancaq London klubları arasında bu keçid baş tutmayacaq kimi görünür.

Sportinfo.az “CaughtOffside”-a istinadən xəbər verir ki, “Çelsi” Ceksonu “Arsenal”a təklif edib, amma “topçular” bu təklifi maraqla qarşılamayıb.

Hazırda 24 yaşlı hücumçu ilə daha çox “Nyukasl” və “Aston Villa” maraqlanır.

“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, Ceksonun dəyəri 50 milyon avro təşkil edir. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2033-cü ilə qədərdir.

“Arsenal” bu yay artıq bir hücumçu transfer edib. Belə ki, klub Lissabon “Sportinq”indən Viktor Qyokereşi heyətinə qatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti