Şəxsi müqavilə şərtlərində razılıq əldə etdi - Premyer Liqa təmsilçisi ilə

9 Avqust 2025 21:40 İngiltərə 520
Şəxsi müqavilə şərtlərində razılıq əldə etdi - Premyer Liqa təmsilçisi ilə

“Nyukasl” müdafiə xəttini gücləndirmək üçün işlərini davam etdirir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “sağsağanlar” “Milan”ın müdafiəçisi Malik Tiav üçün təklifini yaxşılaşdırıb.

24 yaşlı futbolçu artıq “Nyukasl”la şəxsi müqavilə şərtlərində razılıq əldə edib.

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri onu heyətdə saxlamaq istəsə də, İngiltərədən gələn təkmilləşdirilmiş təklif vəziyyəti dəyişə bilər.

“Nyukasl” 2025/26 mövsümündə UEFA Çempionlar Liqasında çıxış edəcək, “Milan” isə avrokuboklardan kənar qalacaq. Bu amil də Malikin qərarına təsir göstərə bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti