
“Liverpul”un müdafiəçisi Vircil van Dayk yarımmüdafiəçi Dioqo Jotanın avtomobil qəzasında itkisindən sonra komandanın vəziyyəti haqda danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İngiltərə klubunun bütün oyunçularının portuqaliyalı futbolçunun irsinə hörmətlə yanaşdıqlarını söyləyib:
“Əlbəttə, bu, çox çətin zamanlar oldu. İlk növbədə Jota, ailəsi, arvadı Rute və uşaqlar üçün.
Onlar bu vəziyyətdə həmişə birinci olmalıdırlar. Bunu heç vaxt unutmamalıyıq və onların ağrılarını təsəvvür belə, edə bilmərik.
Düzünü desəm, bu, hələ də sürreal hissdir, lakin biz bir komanda olaraq əlimizdən gələni edirik və hamımız bu çətin dövrlərdən çıxmaq üçün əlimizdən gələni etməyə çalışırıq”.
Jota 2020-ci ildən “qırmızılar”ın heyətində çıxış edib. 28 yaşlı vinger və qardaşı iyulun 3-də İspaniyada yol qəzasında həyatını itirib.