Portuqaliya klubunun hücumçusunu “qaralayıb” - Premyer Liqanın iştirakçısı

5 Avqust 15:40 İngiltərə 268
Portuqaliya klubunun hücumçusunu “qaralayıb” - Premyer Liqanın iştirakçısı

“Nyukasl” hücumçusu Aleksander İsakın “Liverpul”a mümkün transferi fonunda onun yerini dolduracaq yeni namizədləri nəzərdən keçirir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “sağsağanlar”ın izlədiyi əsas alternativlərdən biri “Portu”nun 21 yaşlı hücumçusu Samu Aqehovadır.

“Portu” ispaniyalı futbolçu üçün 80 milyon avro tələb edir, halbuki “transfermarkt” onun bazar dəyərini 50 milyon avro olaraq göstərir.

Gənc forvard 2023-cü ilin avqustunda “Atletiko”dan “Portu”ya keçib.

Bununla belə, “Nyukasl”ın əsas transfer hədəfi hələ də “Leyptsiq”in sloveniyalı hücumçusu Benjamin Şeşkodur.

Aqehova Portuqaliya təmsilçisinin heyətində 45 oyunda 27 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Avqust 23:40 “Bu, məni qorxutmur”
5 Avqust 17:30 Çək və bizə göndər!