Ərəbistana getmək istəmir - “Mançester Yunayted”in yarımmüdafiəçisi

4 Avqust 2025 00:10 İngiltərə 499
Ərəbistana getmək istəmir - “Mançester Yunayted”in yarımmüdafiəçisi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes “Əl-Nəsr”ə keçməyə razı olmayacaq.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu iyunda Səudiyyə Ərəbistanının digər klubu olan “Əl-Hilal”a keçidi rədd etdikdən sonra komandasında qalmaq qərarına gəlib.

İndi o, çətin ki, fikrini dəyişsin.

Daha əvvəl Səudiyyə Ərəbistanı klubunun transfer imkanını müzakirə etmək üçün Fernandeslə əlaqə saxladığı bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!