
Baş məşqçi Enzo Mareska “Çelsi”də ciddi dəyişikliklərə start verir.
Sportinfo.az “Transfer News Live”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis 15 futbolçunun klubdan ayrılmasını istəyir.
Siyahıya düşən futbolçular bunlardır:
Kistofer Nkunku, Aksel Disasi, Benua Badyaşil, Lesli Uqoçukvu, Ben Çiluell, Rahim Sterlinq, Alfi Qilkrist, Karni Çukvuemeka, Kirnan Dyusberi-Hol, Nikolas Cekson, Mark Qui, Renato Veyqa, Aaron Anselmino, Armando Broya və David Datro Fofana.
“Çelsi” Premyer Liqanın yeni mövsümündə ilk oyununu avqustun 17-də, doğma meydanda “Kristal Pelas”a qarşı keçirəcək.