"Biz çox xərcləyirik, amma xərcləyiriksə, həmişə bir qədər pulu geri almalıyıq"

1 Avqust 10:20 İngiltərə 221
"Biz çox xərcləyirik, amma xərcləyiriksə, həmişə bir qədər pulu geri almalıyıq"

“Liverpul”un baş məşqçisi Arne Slot klubun bu yay transfer xərclərindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Məndən daha yaxşı bilirsiz, amma bu, təkcə xərcləmə baxımından deyil, həm də pul yığmaq baxımından tarixi bir yay oldu.

Son beş-altı ildə “Liverpul” Jarrell Quanşah, Trent Aleksander-Arnold, Kuivin Kelleher və Luis Dias kimi oyunçuları satıb. Və kim bilir, başqa nə ola bilər. Buna hər iki tərəfdən baxmaq lazımdır.

Düşünürəm ki, bu klub həmişə belə işləyib. Biz çox xərcləyirik, amma xərcləyiriksə, həmişə bir qədər pulu geri almalıyıq.

Keçən yay yalnız Federiko Kyeza ilə müqavilə imzalayanda bunu etdik, lakin üç və ya dörd oyunçu satdıq, bu da bizə böyük qazanc gətirdi.

Beləliklə, həm pul xərclədik, həm də pul qazandıq”.

“Qırmızılar” cari transfer dövründə Florian Virts, Huqo Ekitike, Ceremi Frimponq və Miloş Kerkezi transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
1 Avqust 17:30 Çək və bizə göndər!