“Baş məşqçinin tələb etdiyi hər yerdə özümü sübut etməyə hazıram” – YENİ TRANSFER

31 İyul 15:20 İngiltərə 245
“Baş məşqçinin tələb etdiyi hər yerdə özümü sübut etməyə hazıram” – YENİ TRANSFER

“Mançester Yunayted”in yeni transferi Brayan Mbeumo üstünlük verdiyi mövqeyi açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Müasir futbolda bir neçə mövqeyə uyğunlaşmağı və oynamağı bacarmalısan. Bəli, “Brentford”da mən çox vaxt cinah yarımmüdafiəçisi olurdum, amma konkret mövqeyə malik deyiləm.

Məni “onluq”, hətta “doqquzluq” kimi də istifadə edirdilər. Bütün bu mövqelərdə oynamağa qadirəm.

Baş məşqçinin tələb etdiyi hər yerdə özümü sübut etməyə hazıram. Özümü daim təkmilləşdirməyə çalışıram”.

“Mançester Yunayted” Mbeumonu 75 milyon avro qarşılığında “Brentford”dan transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti