Portuqaliyalı qapıçıya 75 milyon avro ödəməyə hazırdır

3 İyul 21:40 İngiltərə 148
Portuqaliyalı qapıçıya 75 milyon avro ödəməyə hazırdır

“Mançester Siti” “Portu”nun qapıçısı Dioqo Kostanın transferi üçün danışıqları intensiv şəkildə davam etdirir.

Sportinfo.az xəbər verir ki, bu barədə BBC nəşri məlumat yayıb.

“Şəhərlilər” 25 yaşlı qolkiperin müqaviləsində qeyd olunan 75 milyon avroluq təzminat məbləğini ödəməyə hazırdır. Kostanın özü də bu keçidə razılıq verib.

Onun meneceri, məşhur agent Jorje Mendeş bu transferin reallaşması üçün israr edir.

Portuqaliyalı futbolçu son mövsümdə 43 oyunda meydana çıxaraq, 45 top buraxıb, 19 matçda isə qapısını toxunulmaz saxlamağı bacarıb. Onun “Portu” ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu