
“Mançester Yunayted” sabiq futbolçusu Conni Evansı klubda yeni vəzifəyə təyin edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı keçmiş müdafiəçi gənc oyunçuların icarəyə verilməsi üzrə şöbənin rəhbəri olub.
Evans yeni rolu çərçivəsində “Mançester Yunayted”in gənc futbolçularının icarə proseslərini nəzarətdə saxlayacaq və onların inkişafına dəstək göstərəcək.
O, klubun idman direktoru Ceyson Uilkoks və akademiya direktoru ilə sıx əməkdaşlıq edəcək. Məqsəd gənc istedadların inkişafı və əsas komandaya uğurlu keçidinin təmin olunmasıdır.
Conni Evans “Mançester Yunayted”in heyətində ümumilikdə 241 oyun keçirib və 8 qol vurub.