
“Nitsa”nın qapıçısı Marçin Bulka Fransa Liqa 1-dən İngiltərə çempionatına keçə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” və “Mançester Yunayted” polşalı futbolçu uğrunda mübarizə aparacaq.
Fransa klubu qolkiperi 20-25 milyon avro qiymətləndirir.
Bulkanın “Nitsa” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədər qüvvədədir. 25 yaşlı futbolçu son mövsümdə 40 oyunda iştirak edib və 8 dəfə qapısını qoruya bilib.